Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi.
== Məzmunu ==
Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı?
== Film haqqında ==
1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.